Şkoda şirkəti yeni yığcam Karoq krossoverini rəsmi olaraq təqdim etmişdir. Yeni krossoverin Yeti modelini əvəz edəcəyi bildirilmişdir. Lakin, Çexiyadan olan istehsalçı Şkoda Yeti modelini bir müddət konveyerdə saxlayacaqdır.

Yeti modelinin Rusiyanın Nijni Novqorod şəhərindəki zavodda istehsalına davam etdiriləcəkdir. Bu barədə şirkət nümayəndələri Motor.ru nəşrinə verdikləri müsahibə zamanı bildirmişdirlər. 

Şkoda Karoq modelinin qabarit uzunluğu 4382 millimetr, eni – 1841 millimetr, hündürlüyü isə 1605 millimetr olacaqdır. Avtomobilin təkər bazasının uzunluğu öndən çəkişli variant üçün 2638 millimetr, tam çəkişli versiya üçün isə 2630 millimetr olacaqdır. Krossoverin baqaj bölümünün həcmi 521 litr təşkil edəcəkdir. Arxa oturacaqların qatlanması halında bu rəqəm 1630 litrə qədər artırıla bilər. Arxa oturacaqların tam çıxarılması halında bu rəqəm 1810 litr olacaqdır.

Bundan başqa, şifarişlə VarioFlex sistemini əldə etmək mümkündür ki, bu sistem də baqaj həcmini 479 – 588 litr arasında tənzimləməyə imkan verir.

Yeni krossover Volkswagen Tiguan və Seat Ateca krossoverlərinin istehsalında istifadə edilən MQB modul platformasında yığılmışdır. Karoq modeli yolsuzluq şəraitində hərəkət etməyə imkan verən rejim də daxil olmaqla dörd hərəkət rejiminə malik olan aktiv asqı sistemi ilə də təchiz edilir. Avtomobilin uzun müddət sürətlə gedərsə və döngələrə aktiv şəkildə daxil olarsa, elektronika avtomatik olaraq idman rejimini aktivləşdirəcəkdir.

Şkoda Karoq beş mühərriklə, iki benzin və üç dizel mühərriki ilə təklif ediləcəkdir. Benzin mühərriklər 115 at qüvvəli 1,0-litrlik üç silindrli turbomühərrik və 150 at qüvvəli 1,5-litrlik dörd silindrli turbomühərrikdir. Sonuncu mühərrik silindrlərin söndürülməsi funksiyasına da malikdir. 1,0-litrlik mühərriklə təchiz edilmiş krossover 100 km/saat həddinə 10,6 saniyəyə, 150 at qüvvəli variant isə 8,4 saniyəyə sürətlənir.

Dizel mühərrikləri 1,6 və 2,0-litrlik güc aqreqatları ilə təmsil olunacaqdır. 1,6-litrlik mühərrik 115 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edir. 2,0-litrlik mühərrik isə, iki güc variantında - 150 at qüvvəsi (340 Nm) və 190 at qüvvəsi (400 Nm) ilə təklif ediləcəkdir. Ən güclü dizel variantı 100 km/saat sürətinə 7,8 saniyəyə sürətlənir. Dizel mühərrikləri altı pilləli mexaniki və ya yeddi diapazonlu iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir.

Şkoda Karoq modelinin təchizatına işıqdiodlarından fənərlər, elektron cihazlar paneli, adaptiv kruiz-kontrol, baqaj qapağının toxunuşsuz açılması, kor zonalara və yol xəttlərinə nəzarət sistemi, yol nişanlarının tanınması və öndən toqquşmaları xəbərdar edən sistemlər daxil edilmişdir. Bundan başqa, ən bahalı Columbus multimedia kompleksi jestlərlə idarə etmə funksiyasına malik olmuşdur.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt