Ford şirkəti baş direktorunun dəyişmək qərarına gəlmişdir. Forbes dərgisinin məlumatına əsasən, şirkətin hazırki baş direktoru Mark Filds konsernin direktorlar şurasının sədri Bill Fordun etibarını doğrultmadığına görə işdən azad ediləcəkdir.

Bu barədə yaxın zamanlarda rəsmi bəyanat da veriləcəkdir. Forbes nəşrinin konsern daxilindəki mənbələrinin bildirdiyinə görə, direktorlar şurası şirkətin vəziyyətindən çox narahatdırlar.

Direktorlar şurası Filsdin Ford əməkdaşlarını ümumi iş uğrunda  ətrafında birləşdirmək iqtidarında olmadığı və düzgün strategiyanı tətbiq etmədiyini düşünür. Əldə edilən məlumata əsasən, Fildsin yerini Ford Smart LLC törəmə müəssisəsinin başçısı Ceyms Hakett tutacaqdır. Filds ilə birlikidə Ford şirkətini ictimayyətlə əlaqələr üzrə vitse-prezident  Rey Dey də tərk edəcəkdir.

Onu, Ford şirktənin Asiya-Sakitokean regionundakı bölməsində bənzər vəzifəni tutan Mark Trubi əvəz edəcəkdir.

Mark Filds Ford şirkətinin baş direktoru vəzifəsinə 2014-cü ilin ortalarında təyin edilmişdi. 

Ceyms Hakett

Onun işlədiyi müddətdə şirkətin səhmləri 40% qiymət itkisinə məruz qalmışdır. Bundan əvvəl, amerikan şirkətinin 20 min əməkdaşını işdən çıxaracağı bildirilmişdir. Bu yolla konsern xərcləri ildə üç milyard azaltmağı planlaşdırır.  

2017-ci ildə Ford amerikan avtokonsernləri arasında kapitallaşdırma səviyyəsinə görə ikinci yeri Tesla şirkətinə vermişdir. Elekktromobil istehsalçısının dəyəri 48,7 milyard dollara yüksəlmişdir ki, Ford şirkətinin dəyəri isə 45,6 milyard təşkil edir.

Bill Ford