Bu gün İtaliyanın Bolonya şəhərində Autopromotec 2017 sərgisi işinə başlamışdır. BolognaFiere ekspozisiya mərkəzində keçirilən sərgidə 53 ölkədən olan 1651 şirkət öz məhsul və xidmətlərini təklif edir.

Sərgidə iştirak edən şirkət və firmaların 43 faizini xarici ölkələrin təmsilçiləri təşkil edir. Yerli istehsalçılar ilə yanaşı sərgidə Çindən, Almaniyadan, Böyük Briytaniyadan, Tayvan, İspaniya, Polşa, Fransa, ABŞ və Niderlanddan olan şirkətlər təmsil olunmuşdurlar. Autopromotec 2017 sərgisində əsasən avtomobil servisləri üçün avadanlıq, geniş çeşiddə ehtiyat hissələri, təkər istehsalçılarının məhsulları və yeni elektron sistemlər nümayiş etdirilir.

Xatırlatmaq istərdik ki, 50 ildən artıq müddətdir ki keçirilən bu sərgidə Azərbaycan şirkətlərindən və media nümayəndələrindən ibarət nümayəndə heyəti də iştirak edir.

Nümayəndə heyətində Gəncə avtomobil zavodunun, Cristal Motors şirkətinin, Active Group şirkətinin təmsilçiləri vardır. Yerli mətbuatı Autograph və The M.O.S.T. dərgisinin jurnalistləri təmsil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt