Şkoda şirkəti Superb modelinin təkmilləşdirilmiş variantını təqdim etmişdir. Yenilənmiş Superb modelini Avropada artıq satın almaq mümkündür.

Şkoda Superb modeli Kodiaq modelində quraşdırılan və sensorlu düymələrə malik olan multimedia sistemi ilə təchiz edilir. Bundan başqa, Swing kompleksinin ekranı 5,0 düymdən 6,5 düymə, Bolero və Amudsen variantlarında isə 6,5-dən 8,0 düymə, ən top variantı olan Columbus versiyasında isə 8,0-düymdən 9,2 düymə qədər artırılmışdır.

Eyni zamanda, model massaj funksiyası olan sürücü oturacağını da əldə etmiş, qabaq yan şüşələrin arasındakı plyonka sayəsində səs-küy səviyyəsi azaldılmış, həmçinin arxaya hərəkət zamanı maneələri aşkarlayaraq toqquşma təhlükəsi olarsa sərbəst şəkildə avtomobili dayandıran Maneur Assist funksiyasına malik olmuşdur. 

Bundan başqa, Super modelinin boya çeşidinə Velvet Red metallik rəngi əlavə edilmişdir. Əlavə olaraq, 19-düymlük Acamar təkər disklərini də sifariş etmək mümkündür. Artıq şüşələrin bağlı olduğunu, fənərlərin söndürüldüyünü xüsusi Skoda Connect App əlavəsinin köməyi ilə yoxlamaq da olar.

Image alt Image alt Image alt Image alt