Sentyabr ayından başlayaraq MINI şirkətinin şef-dizayneri Oliver Heylmer olacaqdır. Hazırda dizayner BMW konserninə məxsus olan Designworks studiyasına başçılıq edir. Əvvəllər bu vəzifəyə McLaren şirkətindən müasri Cooper modelinin yaradıcısı olmuş Frenk Stefensonun gətiriləcəyi ehtimal edilirdi.

Oliver Heymler BMW qrupunda artıq 17 ildir ki işləyir. 2016-cı ildə Designworks studiyasına keçməmişdən öncə Heylmer bavariya markasının avtomobillərinin interyerlərinin hazırlanmasına cavabdeh idi.

Heylmerin studiyadakı yerinə Holger Hampf təyin ediləcəkdir. MINI avtomobillərinin interyerinin dizayn edilməsi işi Kristian Baurə həvalə ediləcəkdir.

Bu ilin əvvəlində alman istehsalçısının yüksək səviyyəli rəhbərliyində ciddi dəyişikliklər aparılmışdır. Bavariya avtomobillərinin eksteryerini Şkoda markasının keçmiş baş dizayneri Yozef Kaban həyata keçirəcəkdir. 

M və i model xəttlərinin dizaynına Domoqay Dukeç cavabdehdir. Alman istehsalçılsına məxsus olan bütün markaların dizaynerləri Adrian van Hoydonka tabe olacaqdırlar.