Koenigsegg şirkəti iki il bundan öncə təqdim etdiyi Regera hiperkarının bütün tirajını satdığını bəyan etmişdir. İsveç istehsalçısı cəmi 80 ədəd Regera hiperkarını buraxacaqdır.

Koenigsegg Regera superhibridi 1500 at qüvvəsi və 2000 Nm fırlanma anı olan hibrid güc qurğusu ilə hərəkətə gəlir. Qurğunun tərkibinə 5,0-litrlik iki turbokompressorlu V8 mühərriki, akkumulyatorlar dəsti və xüsusi olaraq bu model üçün hazırlanmış KDD transmissiyası (momentin ənənəvi ötürmələrsiz birbaşa təkərlərə göndərilməsi texnologiyası) daxildir.

Superkar 100 km/saat həddini 2,8 saniyəyə toplayır. 400 km/saat həddinə sürətlənməyə Regera modelinə 20 saniyə vaxt tələb edilir.

Cəmi 80 ədəd Regera superkarının istehsalı planlaşdırılır. Hər bir avtomobil 2,1 milyon avro qiymətə satılacaqdır. Hər bir hiperkarın qiyməti minimal olaraq 2.1 milyon avro təşkil edir. Bundan başqa, Koenigsegg şirkəti Aegera RS modelini də təklif edir. Eyni zamanda, istehsalçı yeddi ədəd 1341 at qüvvəli One: 1 istehsal etmişdir.

Hazırda Koenigsegg hiperkarını almaq üçün dörd il gözləmək gərəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt