AvtoVaz şirkəti XRay modelinin yeni təchizat səviyyəsinin təklif ediləcəyi barədə anons edib. Adına Exclusive əlavəsini alan avtomobil xüsusi tərtibata malik olacaqdır.

Yeni modifikasiya 122 at qüvvəsi gücü olan 1,8-litrlik mühərrik ilə təchiz edilmiş Luxe variantının əsasında yaradılmışdır.  Mexaniki və ya robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilən avtomobilin interyerinin tərtibatında ağ-qara rəngdən istifadə edilir. Oturacaqlar ekoloji dəri və alkantara ilə üzlənir. Bununla yanaşı, salonda açıq rəngli tikişləri və qara parlaq əlavələri görmək mümkündür.Bundan əlavə, interyerin işıqdiodlarından hazırlanmış ətraf işıqlandırması ön qapıların ciblərini, ayaq məkanını, mərkəzi tonneli və ön qapıların panellərini əhatə edir. Eyni zamanda, baqaj qapağında və arxa qapıların çərçivəsində «Exclusive» lövhəçikləri yerləşdirilmişdir. Luxe təchizat səviyyəsinə malik olan Lada XRay modeli 17-düymlük təkər diskləri, klimat-kontrol, arxa görüntü kamerası və naviqasiyası olan multimedia sistemi ilə təchiz edilir.

Artıq rəsmi dilerlər Exclusive modifikasiyasına sifarişləri qəbul edirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt