Maserati şirkəti yenilənmiş GranTurismo modelini təqdim edib. Avtomobil cüzi dəyişikliklərə məruz qalıb. Onun mühərrik çeşidində də heç bir yenilik olmayıb.

Yenilənmiş kupe və kabriolet altıgüşəli radiator barmaqlığını, modifikasiya edilmiş arxa bamperə və genişləndirilmiş hava girişlərinə sahib olmuşdur.  GranTurismo  və GranTurismo Convertible modellərinin salonunda Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən və 8,4-düymlük sensorlu ekranı olan multimedia sistemi peyda olub.

Avtomobillərin kapotu altında 460 at qüvvəsi və 520 Nm fırlanma anı hasil edən 4,7-litrlik səkkiz silindrli benzin mühərriki yerləşir. Mühərrik altı pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. 

GranTurismo modelləri iki modifikasiyada – Sport və MC variantlarında təklif ediləcəkdirlər.