Mitsubishi şirkəti Asiya ölkələrində satılacaq yeni yeddi yerlik kompaktvenin buraxılacağını bəyan edib. Autonetmagz.com nəşrinin verdiyi xəbərdə avtomobilin Expander (ingiliscədən - "genişləndirici") adlandırıldığı bildirilir.

Avtomobil haqqında texniki məlumat verilməsə də, Mitsubishi şirkətindən modelin İndoneziyadakı satışlarının bu ilin sonuna qədər başlanacağını bildiriblər. Expander modelinin istehsalı da elə bu ölkədə təşkil ediləcəkdir.  Yeni kompaktvenin təqdimat mərasimi Cakarta yaxınlığında keçiriləcək GIIAS sərgisində baş tutcaqdır. Sərgi 10-20 avqust tarixlərində keçiriləcəkdir.

Autonetmagz.com saytı avtomobilin 1,5-litrlik benzin mühərriki və variatorla təchiz ediləcəyini idda edir. Kompaktven yalnız öndən çəkişli olacaqdır.

Yeni model XM prototipinin seriya variantı olacaqdır. Konsept avtomobili keçən ilin avqustunda İndoneziyada təqdim edilmişdi.