“VKontakte” sosial şəbəkəsində yeni Lada Vesta SW Cross yüksək keçimli universalının top varinatı olan Exclusive versiyasının fotoşəkilləri peyda olub. Şəkilləri İjevsk şəhərində yerləşən və müdafiə sistemləri quraşdıran “12 volt” firması dərc edib.

Universalın kuzovu Vesta sedanı üçün təklif edilən unikal göy rəndə boyanmışdır.  Bundan başqa, şəkilin müəllifi avtomobilin 1,8-litrlik benzin mühərriki və mexaniki ötürmələr qutusu ilə təchiz edildiyini bildirib.  Vesta modelinin sedan kuzovlu variantında 1,8-litrlik mühərrik yalnız “robot” qutu ilə təklif edilir. Eyni zamanda. Lada Vesta universalının eksklyuziv variantı sükanın dəri ilə üzlənməsinə, alüminimla örtülmüş pedallara və oturacaqlardakı göy rəngli tikişlərə sahib olub. Oturacaqların üzərində Exclusive yazıları həkk edilmişdir.

Lada Vesta modelinin SW  alanan universal verisyası və onun yüksək keçimli Cross variantı keçən ayın sonunda təqdim olunub. Universal 178 millimetr klirensə malikdir. Vesta SW Cross modelində isə bü rəqəm 203 millimetr təşkil edir.

Image alt Image alt Image alt Image alt