KİA şirkəti Koreya bazarı üçün nəzərdə tutulmuş Sorento krossoverinin yenilənmiş variantını təqdim edib.

Yenilənmədən sonra krossover yeni işıqdiodlarından ön fənərlərə, başqa formalı duman əleyhinə fənərlərə, başqa arxa fənərlərə və dəyişdirilmiş radiator barmaqlığına sahib olub. Eyni zamanda, avtomobilin arxa bamperi də yeni dizayna malik olub.

Bundan başqa, Sorento səkkiz pilləli avtomatik ötürmələr qutusunu, yeni sükan çarxını və transmissiyanın selektrounu əldə edib. Vətənində yenilənmiş Sorento 27850000 vondan (41897 manat) başlayan qiymətlərlə satılacaqdır.  

KIA Sorento Azərbaycan bazarında 172 at qüvvəli 2,4-litrlik dörd silindrli və 270 at qüvvəli 3,3-litrlik altı silindrli mühərriklərlə təklif edilir. Alternativ olaraq 193 at qüvvəli 2,2-litrlik dizel aqreqatını da sifariş etmək mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt