Lotus ən gücülü Evora modelini 60 ədədlik tirajla buraxacaq

Lotus şirkəti bayraqdar kupesi olan Evora modelinin GT430 adını almış yeni modifikasiyasını təqdim edib. Bu kupe Britaniya markasının tarixində ümumi yollar da istifadə üçün nəzərdə tutulmuş ən güclü kupesidir.

Sportkar təkmilləşdirilmiş 3,5-litrlik ötürməli kompressoru olan V6 mühərriki ilə təchiz edilir. Bu mühərrik 436 at qüvvəsi və 440 Nm fırlanma anı hasil edir.

Güc aqreqatı yeni nazim-çarxı olan altı pilləli müxaniki ötürmələr qutusu ilə birlikdə çalışır. Bu tandem sportkarı yerindən 60 mil/saat (96 km/saat) həddinə qədər 3,7 saniyəyə sürətləndirir. Avtomobilin maksimal sürəti 305 km/saatdır. Yeni modifikasiya həmçinin təkmilləşdirilmiş aerodinamikaya sahib olub. Kupe yeni ön splitteri, iri ölçülü diffuzoru, arxa antoqanadı və dəyişdirilmiş ön bamperi əldə edib.

Bundan başqa, Evora GT430 arxa təkər tağlarından hava kütləsini çəkən əlavə hava girişlərinə sahib olub. Buna misal olaraq, arxa bamperdəki dəlikləri göstərmək olar. Sportkartın aerodinamikası, maksimal sürətdə, 250 kiloqrama bərabər olan yerəbasma gücünü təmin edir.  145 km/saat sürətində bu göstərici 64 kiloqrama bərabərdir.

Mühəndislər avtomobilin şassisini də yenidən işləyiblər: sportkar tənzimlənən Öhlins TTX amortizatorlarını və Eibach yüngül yaylarını quraşdırıblar. Amortizatorların tənzimlənməsində Lotus mütəxəssisləri bilavasitə iştirak ediblər.

Eyni zamanda, Lotus Evora GT430 ən yüngül Evoka kupesidir. Avtomobilin çəkisi 1258 kiloqram təşkil edir.  Çəkinin azaldılmasına titandan olan səsboğucu sistemin, karbondan kuzov panellərinin, asqının yeni elementləri və interyerdə quraşdırılan elementlər sayəsinə nail olunub. Evora GT430 modelinin təıchizatına Torsen yüksək sürtünməli differensialı, dörd porşenli AP Racing əyləc mexanizmləri, Sparco oturacaqları, və sensorlu displeyi olan multimedia sistemi daxildir.

Cəmi 60 ədəd Lotus Evora GT430 sportkarı istehsal ediləcəkdir. Kupenin qiyməti açılanmayıb. 

ДРУГИЕ СТАТЬИ