Pagani şirkəti Zonda 760 Fantasma superkarının yeni versiyasını təqdim edib. Unikal superkar istehsalçının xüsusi dostu üçün hazırlanıbdır. Ən maraqlısı da odur ki, avtomobil ikinci dəfə təkmilləşdirməyə məruz qalıb.

İlkin olraq superkarın F-versiyası və sağ tərəfdə sükanı yerləşən ilk Zonda modeli olub. Avtomobil belə vəziyyətdə Böyük Britaniyadakı müştəriyə çatdırılıb. Sonradan superkar Honkonqakı bir müştəri satın alıb. 2012-ci ildə qəzaya uğrayan avtomobilin tam bərpa ehtiyacı olub.

Bunun üçün avtomobil İtaliyaya göndərilib və Pagani tərəfindən tam bərpa edilib.

Bərpa zamanı superkarın 7,3-litrlik V12 mühərrikinin gücü 602 at qüvvəsindən 760 at qüvvəsinə qədər artırılıb. Bundan sonra avtomobil Zonda 760 Fantasma adlandırılıb.

Bu günlərdə avtomobil ikinci dəfə təkmilləşdirilib. Superkarın yeddi pilləli sekvental ötürmələr qutusu altı pilləli mexaniki qutu ilə əvəz edilib. Pagani Zonda 760 Fantasma Evo adını almış avtomobildə edilən başqa dəyişikliklər barədə istehsalçı açıqlama verməyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt