Yeni Rolls-Royce Phantom sedanının səkkizinci nəslinin təqdimatına saatlar qalan bir müddətdə avtomobilin görüntüləri internetdə peyda olub. Xatırladaq ki, yeni dəbdəbəli sedanın tıqdimatı Bakı vaxtı ilə bu gün 24:00-da baş tutacaqdır.

Fotoşəkillərdən göründüyü kimi, Britaniyanın ən məşhur avtomobil istehsalçısı radikal dəyişikliklərə əl atmayıb. Bununla belə, yeni dəbdəbəli sedan müasir texnologiyalarla təchiz ediləcəkdir: elə işıqdiodlarından hazırlanmış fənərləri qeyd etmək yetərlidir. Bu gün yeni limuzin The Great Eight Phantoms tədbiri çərçivəsində təqdim ediləcəkdir. Bu tədbirdə Phantom modelinin II Yelizavetaya məxsus olan altıncı nəsli, İsmailli təriqətinin imamı III Ağa xanın sahib olduğu dördüncü nəsli və yeddinci nəslinin ilk nüsxəsi də nümayiş etdiriləcəkdir.

Bir müddət bundan öncə, yeni avtomobilin zahiri görkəmini açıqlayan təsvirlər Çin KİV-ləri tərəfindən dərc edilmişdi. Dərc edilmiş təsvirlərdən dəbdəbəli sedanın yeni nəsilinin tamamilə yenilənmiş ön hissəyə malik olacağı görünür. Sedan yeni radiator barmaqlığına, ön bamperə və işıq texnikasına sahib olacaqdır. Bundan başqa, sedanın interyerinin də təsvirləri də dərc edilibdir. Burada yeni skan çarxını, mərkəzi konsolu və digər cihazlar panelini görmək mümkündür. Eyni zamanda, ənənəyə sadiq olaraq Phantom modeli müxaniki saatla təchiz ediləcəkdir.

CarNewsChina.com saytı bu təsvirlərin təqdim olunmamış modelin konfiquratorundan götürüldüyünü iddia edir. Həmçinin WorldScoop saytının forumunun Quirky kod adlı istifadəçisi bu təsvirlərin yeni nəsil Phantom modelinin kitabçasında olduğunu da bildirib.