Opel və Vauxhall markaları bu gündən PSA qrupunun tərkib hissəsidir. Alman istehsalçısının mətbuat xidməti bu gün müvafiq mətbuat açıqlamasını dərc edib.

Beləliklə, PSA qrupu Avropanın ikinci ən böyük avtomobil istehsalçısına çevrilib.  Peugeot, Citroel, Opel və Vauxhall markalarına sahib olan qrup Avropa bazarının 17 faizinə hakimdir. Bununla belə, General Motors və PSA qrupu araısnda sövdələşmənin məbləği açıqlanmayıb. Fransız qrupundan «əməkdaşlığın sinerjik effektinin» orta illik perspektivdə ildə 1.7 milyard avro olacağı bildirilib. 

Bundan başqa, fransızların idarəsinə  keçən alman və britaniya markaları yeni inkişaf planlarını hazırlayacaqdırlar. Onlara PSA qrupunun mütəxəssisləri yardım göstərəcəkdirlər. Planlar 100 gündən sonra təqdim ediləcəkdirlər. General Motors komserninin Opel və Vauxhall markalarını PSA qrupuna satmaq planları barədə məlumat bu ilin martında peyda olmuşdu. O zaman sövdələşmənin 2.2 milyard avro təşkil etdiyi bildirilmişdi.