Ford şirkəti yenilənmiş Mustang GT kupesinin daha bir yeni funksiuyası barədə məlumat verib. Good Neighbor Mode («yaxşı qonşu rejimi») adlandırılan sistem sayəsində kypenin buraxılış sisteminin səsini azaltmaq mümkündür.

Sakit buraxılış rejimi (Quiet Exhaust) bortkompyüterin menyusu vasitəsilə aktivləşdirmək olar. Həmin menyu vasitəsi ilə idman və ya trek rejimlərini seçərək səsi daha gur etmək mümkündür. Eyni zamanda, aşağı səs rejimini müəyyən vaxt kəsiyi üçün planlaşdırmaq da olar. Misal üçün, səhər avtomobili işə salarkən qonşuların onun səsini eştməməsindən ötrü.

Ford şirkətindən Quiet Exhaust sisteminin aktivləşdirilməsi halında buraxılış sisteminin səsi 10 desibel azalaraq 72 desibel olur ki, bu göstərici də qabyuyan maşının səsi qədərdir. Ford şirkəti yenilənmiş Mustang modelini bu ilin yanvarında təqdim edib. Avtomobil yenilənmiş eksteryerə və 10-pilləli avtomatik ötürmələr qutusuna sahib olub.