Hər kəsin Land Rover şirkətinə məxsus olan SVO bölümünün hazırlayacağı «qaynar» Range Rover Velar SVR modelini gözləyərkən, Böyük Britaniyadan olan Urban Automotive atelyesi ofroderin görkəmini aqressiv etmək üçün öz xidmətlərini təklif edir.

Əlbəttə, Velar modelinin görkəmini daha «acıqlı» etməyin yolu çox sadə və asandır. Lazım olanlar: yeni aqressiv dizaynlı bamper, radiator barmaqılığı, iri diffuzora və cütlənmiş buraxılış boruları olan arxa bamper, yeni formalı yan ətəklər, bir qədər klirensi azaldılmış asqı sistemidir.

Üstəlik, 23-düymlük xüsusi dizaynlı təkər disklərini də yaddan çıxarmamaq gərəkdir. Vəssəlam! Urban Automotive şirkətində bütün bunlar artlq mövcuddur. Təkmilləşdirmələrin qiyməti açıqlanmasa da, hazır avtomobillərin ilk müştərilərə dekabr ayında çatdırılacağı bəyan edilib.

Image alt Image alt Image alt Image alt