Tesla şirkəti yığcam model Y krossoverinin hazırlanmasını sürətləndirmək qərarına gəlib. Bu səbəbdən də modelin hazırlanması konsepsiyasına dəyişikliklər edilib. Bu barədə İlon Maska istinadən The Verge nəşri məlumat yayıb.

Yeni krossover amerikan istehsalçısının model xəttində Model X krossoverindən bir pillə aşağıda yerləşəcəkdir. Model X krossoverinin əsasını Model 3 sedanının platforması təşkil edəcəkdir. Yerı gəlmişkən, əvvəllər avtomobilin tam yeni şassiyə sahib olacağı, avtomobilin isə indiyə qədər buraxılan Tesla modellərindən seçiləcəyi bildirilmişdir. Mask, digər Tesla avtomobillərində istifadə olunan 12-voltluq arxitekturadan imtina etmək qərarına gəlmişdi. Bu istifadə edilən elektrik naqillərinin uzunluğunu azaltmağa və istehsal prosesinin avtomatlaşdırılması səviyyəsini ciddi şəkildə artırmalı idi.

Maskın sözlərinə görə şirkətin rəhbərliyi, onu yeni krossover üçün Model 3 sedanının şassisindən istifadə etməyə razı salıb. Bu avtomobilin yaradılması prosesini qısalda bilər. Eyni zamanda yeni platformanın hazırlanması baha başa gələr. İyun ayında Tesla şirkəti Model Y krossoverinin ilk tizerini dərc etmişdi. O zaman Mask, krossoverin seriya variantının 2019-cu ildə işıq üzü görəcəyini bildirmişdi. Onun sözlərinə görə, Model Y krossoverinə olan tələbat, Model 3 sedanına olan tələbatdan yüksək olacaqdır. Böyük ehtimalla Model Y krossoveri də «şahin qanadları» tipli arxa qapılara və avtonom idarəetmə sisteminə malik olacaqdır.