Lexus şirkəti Rusiya və Yaxın Şərqdə Lexus LX570 modelinin yeni Superior ("ən yaxşı", "üstün") modifikasiyasını təklif edəcəkdir. Adı çəkilən bazarlarda artıq yeni modifikasiya üçün sifarişlərin qəbuluna başlanıb. Avtomobilin Yaxın Şərqdə təklif edildiyini nəzərə alsaq, onun yaxın zamanlarda Bakıda da peyda olacağını əminliklə söyləmək mümkündür.

Azərbaycanlılar arasında çox populyar olan ofroderin xüsusi modifikasiyası eksteryerin xüsusi elementləri, interyerin dəbdəbəli tərtibatı və zəngin təchizatı ilə seçilir. Xüsusi versiya Luxury 21+ modifikasiyasının bazasında yaradılıb. Zahiri cəhətdən Superior modifikasiyasını başqa radiator barmaqlığına, qara rəngli güzgü gövdələrinə və bamperdə olan işləmələrə görə ayırd etmək mümkündür. Bundan başqa, iri ofroder 21 düymlük iki rəngli təkər diskləri ilə də təchiz edilir.

Lexus LX570 Superior modelinin interyerində pedallarda olan alüminium örtükləri görmək mümkündür. Bundan başqa, interyeri bir neçə variantda tərtib etmək təklif olunur. Müştərilər işləmələr üçün qara şimamoku və ya tutqun qoz ağacından birini seçə bilərlər. Üstəlik, tavanın qara rəngli üzlənməsi də təklif edilir. Texniki cəhətdən ofroder dəyişilməz qalıb - o, əvvəlki kimi 367 at qüvvəli 5,7-litrlik V8 benzin mühərriki, səkkiz pilləli avtomatik sürətlər qutusu və tam çəkiş sistemi ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt