Rolls-Royce şirkətinin rəhbəri Torsten Müller-Otvos növbəti dəfə Bentley şirkətinin "bostanına daş atıb". O, Bentley markasının ilk ofroderi olan Bentayga modelini kamuflyaja bürünmüş Audi Q7 adlandırıb. Bu barədə məlumatı Automotive News nəşri yayıb.

"Biz kütləvi şəkildə istehsal edilən kuzov panellərindən istifadə etmək niyyətində deyilik. Bu dizaynerlərinin imkanlarını məhdudlaşdırmaqla yanaşı, eksklyuzivliyə xələl gətirir. Siz bu seqmentdə kamuflyajlı Audi Q7 modelinin olmasını istəməzsiniz. Siz əsl Rolls-Royce istəyirsiniz", - Müller-Otvos bəyan edib.

Britaniya şirkətinin yüksək vəzifəli rəhbəri həmçinin Rolls-Royce ofroderinin seriya variantının bir ildən sonra debüt edəcəyini bildirib. İlk avtomobillər müştərilərə 2019-cu ildə çatdırılacaqdırlar.

Rolls-Royce şirkəti tarixində ilk ofroder modelinin sınaqlarına 2016-cı ilin dekabrında başlamışdır.

Layihə Project Cullinan adlandırılmışdır. Artıq məlumdur ki, avtomobilin əsasını yeni nəsil Phantom modelinin alüminum platforması təşkil edəcəkdir. 

Bentley Bentayga