Unikal Fiat 500 Garmine rodsteri satışa çıxarılıb

Hexagon Classic satış haqqında maraqlı bir elana rast gəlmək olar. Bu Fiat 500 Garmine modelidir. Carrozzeria Vignale tərəfindən 1971-ci ildə buraxılmış nadir avtomobil üçün 52 min dollar istənilir.

Vignale atelyesi bu modeli 1967-ci ildən 1971-ci ilə qədər buraxmışdır. Bütün avtomobillər açıq kuzova və iki yerli salona malik olmuşdurlar. Satışa çıxarılan avtomobil sağ tərəfdə sükanı olan 200 avtomobildən biridir. Garmine modelinin ümumi buraxılış sayı 300 ədəd olmuşdur.

Rodsterin odometrində 20 min kilometr yürüş məsafəsi vardır. Buna baxmayaraq, bir müddət bundan əvvəl avtomobil ideal şəkildə bərpa edilmişdir. Yığcam avtomobilin qabarit uzunluğu 3,02 metr, eni - 1,3 metr, hündürlüyü isə 1,19 metrdir. Onun təkər bazasının uzunluğu 1,84 metr təşkil edir. Avtomobilin çəkisi 450 kiloqramdır. 

Fiat 500 Garmine 0,5-litrlik iki silindrli mühərriklə təchiz edilmişdir. 21 at qüvvəsi hasil edən mühərrik avtomobili 97 km/saat həddinə qədər sürətləndirir.

ДРУГИЕ СТАТЬИ