Acura şirkəti yenilənmiş bayraqdar RLX sedanını təqdim edib. Modelin kütləvi təqdimat mərasimi 15-19 avqust tarixində baş tutacaq Monterey Automotive Week çərçivəsində keçiriləcəkdir.

Acura RLX yeni firma üslubunda olan iri radiator barmaqlığına sahib olub. Bu radiator barmaqlığı keçən il nümayiş etdirilən Precision konsept avtomobilində nümayiş olunmuş, eyni zamanda, ondan MDX krossoverində və TLX sedanında istifadə edilir.

Bundan başqa, RLX sedanının ön fənərləri dəyişdirilmiş, rəng çeşidinə üç əlavə rəng əlavə olunmuş, salonda isə daha kefiyyətli materiallar və yeni oturacaqlar peyda olmuşdurlar. Yenilənmiş sedan əvvəlki kimi 377 at qüvvəsi gücü olan hibrid güc qurğusu ilə təklif ediləcəkdir. Hibrid güc qurğusunun tərkibinə altı silindrli mühərrik, üç elektromotor və iki muftalı yeddi pilləli robot daxildir.

Digər mühərrik isə 310 at qüvvəsi hasil edən 3,5-litrlik V6 aqreqatdır ki, artıq bu mühərrik 10-pilləli avtomatik qutu ilə tandemdə çalışır.

Əvəllər bu mühərrik altı pilləli qutu ilə birlikdə təklif edilirdi. Həmçinin, avtomobil tam idarələnən şassini də qoruyub-saxlayıb.

Yenilənmiş Acura RLX sedanının təchizatına Krell səs sistemi, dairəvi videogörüntü sistemi, sükan çarxının və hər iki oturacaqlar cərgəsinin qızdırılması, havalandırılan ön oturacaqlar, işıqdiodlarından duman əleyhinə fənərlər və mühərriki uzaqdan işə salmaq sistemi daxil edilib. Sedan həmçinin adaptiv kruiz-kontrol, öndən toqquşmaları xəbərdar edən, zolaqlara və kor zonalara nəzarət sistemləri daxildir.

Restaylinqdən öncəki model ABŞ-da 54,4 min dollara satılırdı. Yenilənmiş modelin qiyməti elan edilməyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt