PSA qrupu Opel markasının iri krossoverinin hazırlanması işlərini dayandırıb

Avtomobil aləmindəki olayları izləyən hər kəs Opel şirkətinin PSA qrupuna satıldığından xəbərdardır. 2016-cı ildə keçirilmiş Paris avtosalonunda alman şirkətinin rəhbəri Karl-Tomas Noyman Insignia modelinin platformasında iri krossoverin buraxılacağını bəyan etmişdi.

Lakin, alman istehsalçısının fransızların tabeçiliyindən keçdikdən sonra bu məsələ qeyri-müəyyən müddətə təxirə salınıb. Bunun başlıca səbəblərindən biri alman istehsalçısının General Motors konserninə məxsus E2XX platformasından istifadə hüquqlarını itirməsidir.  Artıq Noyman da vəzifəsindən getmişdir.

"Auto Express" nəşrinin məlumatına görə, Opel markasını daşıyacaq bayraqdar krossoverin hazırlanması qeyri-müəyyən müddətə təxirə salınıb. Üstəlik, Opel mütlək GM şirkətinə məxsus olan komponentlərdən tədricən imtina etməlidir, əks halda o Avropadan kənarda bir sıra modelləri sata bilməyəcəkdir. 

Çıxış yolu Peugeot 5008 krossoveri üçün istifadə olunan EMP2 modul platformasındadır. İstənilən halda, Opel şirkətinin PSA qrupuna məxsus olan texnologiyalara keçməsi müəyyən müddət tələb edəcəkdir.

ДРУГИЕ СТАТЬИ