Ford şirkəti sonuncu nəsil GT superkarının xüsusi versiyasını hazırlayıb. Yeni versiya 1967-ci ildə "Le Manin 24 saatı" marafonunun qalibi olan, Den Harni və Ey Cey Foytun idarə etdiyi Ford GT40 modelinə həsr edilib.

Ford GT’67 Heritage Edition adını almış kupe adi avtomobildən kuzovun xüsusi qırmızı rəngli boyasına, ağ dekorativ zolaqlarına, həmçinin kapot və qapılardakı 1 nömrəsi ilə seçilir. İnteryerdə oturacaqların yeni tərtibatını, həmçinin qırmızı və boz rəngli dekorativ elementləri görmək olar. Keçən ilin iyun ayında Ford şirkəti GT superkarının digər bir xüsusi modifikasiyasını təqdim etmişdir.

1966-cı ilin "Le Manın 24 saatı" marafonundakı qələbəyə həsr edilmiş modifikasiya 66 Heritage Edition adını almışdı. Həmin superkar qara rəngə boyanmışdı. Xatırladaq ki, yeni nəsil Ford GT superkarı 655 at qüvvəsi və 745 Nm fırlanma anı hasil edən 3,5-litrlik altı silindrli benzin turbomühərriki ilə təchiz edilir. Avtomobilin çəkisi 1360 kiloqramdır. Onun maksimal sürəti isə 347 km/saata bərabərdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt