Seriya modellərinin xüsusi variantlarının buraxılması avtomobil istehsalçıları üçün yaxşı qazanc mənbəyinə çevrilib. Bu sahədə Ferrari və Aston Martin şirkətləri xüsusilə seçilirlər. Qiyməti milyonlararı aşan superkarlar "isti kökə" kimi dərhal satılırlar.

Bir çoxları Aston Martin şirkətinin italyan Zagato atelyesi ilə birlikdə buraxdığı Aston Martin Vanquish Zagato kupesini xatırlayırlar. İlkin olaraq avtomobil şou-kar kimi qələmə verilsə də, sonradan ingilis istehsalçısı avtomobili 99 nüsxədən ibarət məhdud seriya ilə buraxmaq qərarına gəlmişdi. Bundan sonra, unikal avtomobilin kabriolet kuzovlu Vanquish Zagato Volante variantı da 99 nüsxəlik tirajla istehsal edildi. Qeyd etmək lazımdır ki, hər iki seriyadan olan avtomobillər dərhal sahiblərini tapdılar. Əksini düşünmək belə olmazdı - möhtəşəm dizayn və eksklyuzivlik öz işini görmüşdü.

Bu gün Aston Martin şirkətinin mətbuat xidməti eksklyuziv avtomobil pərəstişkarlarını maraqlandıracaq açıqlama yayıb. 

Aston Martin Vanquish Zagato Speedster

Bu həftəsonu Kaliforniyadakı Pebbl-Biçdə keçiriləcək zəriflik müsabiqəsində istehsalçı Aston Martin Vanquish Zagato Speedster modelini nümayiş etdirəcəkdir.

Bu o deməkdir ki, kupe və kabriolet modelini almağa imkan tapmayan varlı şəxslərin spidster kuzovlu eksklyuziv avtomobili əldə etmək şansları var.

Kabriolet modelindən fərqli olaraq Aston Martin Vanquish Speedster modelinin ümumiyyətlə tavanı yoxdur.

Sərnişinləri pis hava şəraitindən qoruyacaq yeganə element avtomobilin yan şüşələri və mükəmməl aerodinamikasıdır. Əlbəttə ki, spidster bu janrın ənənələrinə uyğun olaraq iki hörgücə malikdir. Üstəlik, avtomobilin arxa qanadlarının da forması dəyişdirilibdir. 

Aston Martin Vanquish Zagato Speedster

Lakin, Aston Martin və Zagato spidsterlə kifayətlənmək fikrində deyildirlər. Artıq tərəflər modelin Shooting Brake kuzovlu variantını da hazırlayıblar. Aston Martin Vanquish Zagato Shooting Brake modeli hələlik şəkildə mövcud olsa da, yaxın zamanlarda onun hazır variantı da təqdim ediləcəkdir.

Universal iki oturacağa, dəbdəbəli salona və elektrik ötürməsi ilə açılan üçüncü qapıya malik olacaqdır. Avtomobilin damında Zagato markasının vizit kartı olan zərif çıxıntılar da olacaqdır. İlkin olaraq bu çıxıntılar yarış dəbliqələrini yerləşdirmək üçün edilsə də, hazırda bu cizgi dizayn elementi olaraq qorunub-saxlanır.

Aston Martin Vanquish Zagato Shooting Brake

Beləliklə Speedster variantı bu ailənin ən nadir variantı olacaqdır - tərəflər cəmi 28 ədəd spidster buraxmağı planlaşdırıblar. Shooting Brake variantı isə kupe və kabriolet kimi 99 nüsxəlik tirajla buraxılacaqdır. İlk avtomobillər müştərilərə 2018-ci ildə çatdırılacaqdır.

Aston Martin Vanquish Zagato Speedster və Shooting Brake superkarlarının gücü 600 at qüvvəsi olan 5,9-litrlik V12 atmosfer tipli mühərriki ilə təchiz ediləcəyi ehtimal edilir. Bildiyimiz kimi, standart Aston Martin Vanquish modeli 100 km/saat həddini 4,1 saniyəyə toplayır və 295 km/saat maksimal sürətə malikdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt