Qatı ofrod həvəskarlarının sevimlisi olan Jeep Wrangler modelinin yeni nəsli bu ilin sonlarında təqdim edilməlidir. Buna baxmayaraq, model ətrafında cərəyan edələn ehtiraslar səngimək bildir. Bu günlərdə internet şəbəkəsində hazır avtomobilin bir hissəsi əks olunan cəsus şəkli peyda olub. Bir müddət bundan öncə yeni modelin transmisiyası barədə məlumat dərc olunmuşdu.

Yeni ötürmə sistemi dördqapılı ofroderin Sahara variantında quraşdırılacaqdır. Jalopnik nəşrinin dəqiqləşdirməsinə görə, ön oxun qoşulmasına elektronika cavabdeh olacaqdır. Beləliklə, indiki avtomobillərdə olduğu kimi, sürücü ötürmənin dəyişdirilməsi üçün paylaşdırıcı qutunun dəstəyindən istifadə etməyəcəkdir.  

Jeep Wrangler modelinin mühərrik çeşidinə iki benzin və bir 3.0-litrlik V6 turbodizel mühərriki daxil ediləcəkdir. Benzin mühərrikləri 2.0-litrlik turbodördlükdən və 3.6-litrlik atmosfer tipli V6 mühərrikindən ibarət olacaqdırlar. Ofroder altı pilləli mexaniki və ya səkkiz diapazonlu avtomatik qutularla təchiz ediləcəkdir. "Avtomatlar" Chrysler və ya ZF şirkətinin istehsalı olacaqdır. 

Əvvəlki kimi ofroder iki və dördqapılı kuzovla, çıxarılan panel və qapılarla təklif ediləcəkdir. Bununla belə, model çıxarılan tavanın elektrik ötürməsi ilə təchiz ediləcəkdir. Hazırda bu proses əllə həyata keçirilir. Yeni ofroderin təqdimatı 1 dekabrda Los-Anjeles avtosalonunda keçiriləcəkdir.