Pebbl-Biçdə keçirilən zəriflik müsabiqəsində Pagani şirkəti Zonda modelinin xüsusi modifikasiyasını təqdim edib. HP Barchetta adını alan superkar markanın banisi Horasio Paqaninin Zonda modelinə olan baxışlarını əks etdirir.

Bu Zonda modelini digərlərindən fərqləndirən xüsusiyyəti kəsilmiş ön dayağı və maili yan şüşəsi olan "barketta" kuzovu, həmçinin karbonla örtülən arxa təkərləridir. Xüsusi avtomobil üç nüsxədə buraxılacaqdır ki, onlardan biri Horasio Paqaninin şəxsi kolleksiyasına daxil olacaqdır.

Avtomobil açıq-qəhvəyi rəng interyerə, damalı parça ilə üzlənmiş oturacaqlara, altı pilləli mexaniki ötürmələr qutusuna, Cinque modifikasiyasının üslubunda olan hava girişinə, 20 (öndə) və 21-düymlük təkər (arxada)  disklərinə, həmçinin Pirelli P-Zero Corsa təkərlərinə malikdir. 

Zonda HP Barchetta modelinin texniki xüsusiyyətləri barədə məlumat verilməyib. 

Çox güman ki, superkar 760 at qüvvəsi hasil edən və Mercedes-AMG istehsalı olan 7,3-litrlik V12 atmosfer mühərriki ilə hərəkətə gəlir. Pagani Zonda modeli 1999-cu ildən 2011-ci ilə qədər buraxılıb. Altı il bundan öncə istehsalçı modelin buraxılışına Tricolor modifikasiyası ilə xitam verildiyini bildirsə də, bir neçə dəfə modelin eksklyuziv variantlarını xüsusi sifarişlərlə istehsal edib.

İndi isə italyanlar, sonuncu buraxılan modelin HP Barchetta olacağı bildiriliblər.

Image alt Image alt Image alt Image alt Image alt