Şkoda Frankfurta yenilənmiş Vision E konseptini gətirəcək

Şkoda şirkəti Frankfurt avtosalonunda nümayiş etdirmək üçün Vision E konseptinin yenilənmiş variantını hazırlayıb. Xatırladaq ki, Şkoda Vision E konseptinin təqdimatı bu ilin yazında keçirilən Şanxay avtosalonunda baş tutmuşdu.

Hələlik istehsalçı yalnız konseptin dizayner təsvirlərini dərc edib. İlk bağışdan protoipin sələfindən fərqləndiyi hiss olunmur. Lakin, çexlər avtomobilə daha güclü xarakter və məna bəxş etmək üçün, onun ön tərəfinin dizaynına dəyişiklik ediklərini bildiriblər. Eyni zamanda, markanın loqotipi dairəvi haşirədən məhrum olub. 

Gəlin Şanxay avtomobil salonunda aprel ayında nümayiş etdirilmiş protoip haqqındakı məlumatı yenidən nəzərdə keçirək. Elektrik mühərriki ilə təchiz edilmiş prototip 100 km/saat sürətini 5,2 saniyəyə toplayır ki, bu da 230 at qüvvəli «qaynar» Octavia RS modelindən 0,8 saniyə yeyindir.

Prototipin qabarit uzunluğu 4688 millimetr, eni - 1924 millimetr, hündürlüyü - 1591 millimetr, təkər bazasının ölçüsü isə 2851 millimetrdir. Beləliklə elektromobil Kodiaq və Superb modellərindən iridir. Beləki, Vision E təkər bazasının uzunluğuna görə Kodiaq modelini 60 millimetr, Superb sedanını isə 10 millimetr üstələyir.

Konsept taybatay aşılan qapılarla və qapıların açılamsı halında yerində dönən oturacaqlarla təchiz edilmişdir.  Bundan başqa, avtomobilin salonunda beş sensorlu displey quraşdırılmışdır. Konsept çex bohemiya  billurunu xatırladan xüsusi işıqdiodlarından fənərlər sahib olmuşdur.

Konsept xüsusi olaraq elektromobillər üçün hazırlanmış və Volkswagen konserninə məxsus olan MEB modul platfırmasında hazırlanmışdır. Konsept sürücünün iştirakı olmandan avtomatik daynacaqda yerləşdirmə funksiyasına malik olan avtonom idarəetmə sistemi ilə təchiz edilmişdir.  Tam ötürməli konsept 306 at qüvvəli elektrik güc qurğusu ilə hərəkətə gəlir. Konseptin maksimal sürəti 180 km/saat, yürüş məsafəsi isə 500 kilometrdir.

Şkoda Vision E modeli avtopilot, batareyaların induksion doldurulması sistemi, dayanacaqda boş yeri aşkar edərək avtomobili dayanacaqda yerləşdirmək qabiliyyətinə malik olan avtomatik dayanacaq sistemi və sürücününbaxışını izləmə funksiyası ilə təchiz edilmişdir. Sonuncu sistem sürücünün yorğunluq dərəcəsinə nəzrət edərək, onun baxdığı ekrana lazımi məlumatı ötürmək imkanına malikdir.

Bundan başqa, avtomobil sürücünün ürək ritmlərini ölçərək, onu mümkün təhlükə barədə xəbərdar edə bilər. Əgər belə hal baş verərsə, elektronika idarəetməni öz üzərinə götürərək avtomobili yol kənarında dayandıracaq və təcili yardımı çağıracaqdır. Konseptin seriya variantının 2020-ci ildə işıq üzü görəcəyi söylənilir. 

ДРУГИЕ СТАТЬИ