Borgward şirkəti yeni sportkarın növbəti tizerini dərc edib

Çinli sərmayədarlar tərəfindən yenidən həyata qaytarılmış alman Borgward markası Frankfurt avtosalonunda nümayiş etdirəcəyi yeni sportkarın növbəti tizerini dərc edib. Xatırladaq ki, bir müddət bundannöncə istehsalçı Facebook sosial şəbəkəsində maraqlı tizer yaymışdı. Şəkil «O qayıtdı!» sözləri ilə müşayət edilir.

Keçən əsrin əllinci illərində alman markası Isabella adlı modeli istehsal edib. Böyük ehtimalla, yeni tizeri dərc edən Borgward Isabella modelini dirçəltmək niyyətinin olduğuna  işarə vurub. Borgward Isabella modelinin kupe, kabriolet və universal kuzovları ilə buraxıldığı məlumdur.

Avtomobillər 60 at qüvvəsi hasil edən 1,5-litrlik dörd silindrli mühərrik və dörd pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilirdilər. Sonradan bu mühərrikin 75 at qüvvəli variantı da təklif olunub.

Hazırda laman markası iki krossoveri - BX5 və BX7 modellərini təklif edir. İstehsalçının son yeniliyi elektrik mühərriki ilə hərəkətə gələn və 225 kilometr yürüş məsafəsinə malik olan Borgward BX7 flaqman modeli olub. Xatırladaq ki, Borgward modelləri Bremendəki (Almaniya) zavodda istehsal edilirlər.

ДРУГИЕ СТАТЬИ