Jaguar şirkəti süni idraka malik olan intellektual sükan çarxını təqdim edib. Bu sükanı cıxardaraq şəxsi köməkçi kimi istifadə etmək də mümkündür. Jaguar şirkətinin mətbuat xidmətinin açıqlamasına görə,intellektual sükan çarxını indiyə qədər nümayiş etdirilməmiş Future-Type konsept avtomobilində quraşdıracaqdırlar. Bu konsept 2040-cı ildən sonrakı avtonom sistemi olan nəqliyyat vasitələri barədə təsəvvür yaratmaq üçün yaradılıbdır.

Adı çəkilən konsept, əfsanəvi D-Type, E-Type və XJS modellərinin dizayneri olmuş Malkolm Sayerin şərəfinə Jaguar Sayer adlandırılıb. Gələcəyin sükanı cilalanmış metaldan hazırlanmış, səslə idarə edilən və iki məlumat displeyinə malik olan ovaldan ibarətdir.

Süni idrak sahibinin gündəliyində olan tədbirləri qeydə alır və xatırladır. Buna misal olaraq qarşıdan gələn görüşləri göstərmək olar. Sayer avtopilot olan avtomobilin sahibinin evinə nə zaman yaxınlaşacağını təxmin etmək və yaxud sürücünün idarəetməni öz üzərinə götürmək istəməsi halında «drayver marşurutunu» seçmək qabiliyyətinə malikdir.

Gələcəkdə karşərinq xidmətlərinin inkişafı nəqliyyat vasitəsini qarşıya qoyulan məqsədə uyğun olaraq dəyişmək imkanı verəcəkdir. Misal üçün, bir gün sedan, digər gün krossover və yaxud idman avtomobili gərək ola bilər. Sayer onların hər biri ilə birgə çalşa bilər. Sükanın avtomobilə qoyulmasından sonra yadda saxlanmış məlumatlar (oturacaqların vəziyyəti, səs sisteminin tənzimləmələri, naviqasiya sisteminin marşrutları) dərhal seçilmiş avtomobilə köçürüləcəkdir.

Jaguar Sayer sistemi, Jaguar Land Rover şirkətinin 8-10 sentyabr tarixlərində Londonda keçiriləcək Tech Fest xüsusi tədbirində nümayiş etdiriləcəkdir.