Nissan şirkəti Leaf elektrokarının yeni nəslini təqdim edib. Model daha güclü və yeyin olmuş, onun qidalanmadan qət etdiyi yürüş məsafəsi artmış, üstəlik onu bir pedalın – akseleratorun köməyi ilə idarə etmək olar. İstehsalçının bildirdiyinə görə, artıq ənənəvi əyləc pedalı təcili hallarda gərək olacaqdır.

Elektrokarın qabarit uzunluğu 4480 millimetr, eni – 1790 millimetr, hündürlüyü isə 1535 millimetrdir. 2700 millimetrlik baza dəyişilməz qalsa da, avtomobil 35 millimetr uzun və 10 millimetr alçaq alınıb. Aerodinamik müqavimət əmsalı isə 0.29-dan 0.28-ə qədər azalıb. Elektromobil iki rəngli kuzovla da təklif ediləcəkdir.

İkinci nəsil Leaf modeli 150 at qüvvəsi və 320 Nm fırlanma anı təklif edən daha güclü elektromotorla təchiz olunur. Aqreqat 40 kilovat-saatlıq tutumu olan litium-ion batareyalardan qidalanır.  Gələn il Nissan daha güclü mühərriki və iri tutumlu batareyaları təklif etməyi planlaşdırır. 100 km/saat həddini elektromobil 7.9 saniyəyə toplayır. Onun maksimal sürəti 144 km/saat həddində məhdudlaşdırılıb. Yeni Leaf modeli 378 kilometr yürüş etmək iqtidarındadır. Əvvəllər bu göstərici 250 kilometr  idi.

Elektrik şəbəkəsinin gücündən asılı olaraq batareyaların tam doldurulmasına 8  - 16 saat arasında vaxt tələb olunur.  Xüsusi “yanacaqdoldurma” stansiyalarında batareyaların 80 faizini 40 dəqiqəyə doldurmaq mümkündür.

Bundan başqa, fövqaləda hallarda Nissan Leaf generator rolunu oynayaraq kiçik evləri elektrik enerjisi ilə təmin edə bilər.

Elektromobilin maraqlı xüsusiyyətlərindən biri də e-Pedal adlı sistemdir.

Bu pedal sayəsində əyləc pedalına toxunmadan və basma gücünü tənzimləyərək avtomobili idarə etmək mümkündür. Əgər sürücü pedalı tam buraxarsa, sistem avtomatik olaraq rekuperasiya sistemini və mexaniki əyləcləri işə salır. Avtomobil, hətta, kəskin yoxuşlarda da əyləc pedalına basmadan tərpənmədən yerində durur.

Nissan şirkətindən əyləc pedalından yalnız qəfil təcili əyləcləmə zamanı istifadə olunacağı bildirilib. Nissan Leaf şossedə hərəkət üçün avtonom idarəetmə sistemi (avtomobili zolaqda saxlamaq, sürətlənmək və əyləcləmə funksiyaları olan) və avtomatik parktronik ilə təchiz edir. Sonuncu sükan sisteminə, akseleratora , əyləcə və arxa ötürməyə nəzarət edərək avtomobili dayanacaq yerinə istiqamətləndirir.

Yeni Leaf modeli gələn ildən başlayaq Avropada satılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt