Opel İnsignia GSi Sports Tourer - "bərkgedən" universal

Opel şirkəti yeni nəsil Insignia Sports Tourer universalının "qaynar" modifikasiyasını təqdim edib. Adına GSi indeksi əlavə edilmiş avtomobil, bu ilin sentyabrında keçiriləcək Frankfurt avtosalonunda geniş kütlə qarşısında debüt edəcəkdir.

Opel Insignia GSi Sports Tourer modeli 210 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli BiTurbo dizel mühərriki ilə hərəkətə gələcəkdir. Güc aqreqatı yeni səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. "Qaynar" universal yerindən 100 km/saat həddinə 7,9 saniyəyə sürətlənir. Onun maskimal sürəti 231 km/saatdır. Benzin mühərrikinə üstünlük verənlər isə, 260 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbomühərriki seçə bilərlər. Bu modifikasiya isə, 100 km/saat sürətini toplamağa 7,5 saniyə sərf edir və 245 km/saat maksimal sürət həddinə malikdir.

Opel şirkətinin mətbuat xidməti yeni modelin şassisinin Nürburqrinq trekinin "Şimal ilgəyində" keçirilmiş sınaqlarda tənzimləndiyini xüsusi ilə vurğulayırlar.

Opel Insignia GSi Sport Tourer modelinin təchizat siyahısına fırlanma anını arxa təkərlər arasında bölmə imkanı olan tam öterməli çəkiş sistemi, adaptiv amortizatorlar, qısaldılmış yaylar, 10 millimetr azaldılmış klirens, 20-düymlük təkər diskləri, baqaj qapağına quraşdırılan spoyler və xüsusi olaraq bu model üçün hazırlanmış yeni oturacaqlar daxildir. Bundan başqa, model idarəetmə elektronikasının dörd təyin edilmiş rejiminə sahib olub.

Bunlar  Standart, Tour Sport və xüsusi olaraq GSi modifikasiyası üçün hazırlanmış Competition rejimləridir. Sonuncu rejim sabitləşdirmə rejiminin aktivləşdirmə və söndürülmə düyməsi ilə işə salınır. Bu rejim sürüşmənin daha böyük bucaqlarının olamsına imkan verir və trekşn-kontrolu söndürür. "Qaynar" modelin Almaniyadakı satışlarına oktyabr ayının ortalarında start veriləcəkdir. 

ДРУГИЕ СТАТЬИ