Klassik avtomobil sahibləri üçün tədbirlər təşkil edən Böyük Britaniyanın sakini Martin Overinqton, 1988 ildə Le Man yarışlarında iştirak etmiş Porsche 962 avtomobilini, ondan da az diqqətəlayiq olmayan 1929-cu ilin Bentley Blower modeli ilə yedəyə alıb. Avtomobillərin fotoşəkili Twitter sosial şəbəkəsində peyda olub.

Road&Track nəşrinə müsahibəsində Overinqton, Britaniyadakı Surreydən Fransadakı Angouleme Circuit des Remparts trekinə yollanıb. Onun dostlarındn biri Porsche 962 modelini göstərməyi xahiş edib. Martin isə, özü ilə Bentley modelini də götürmək qərarına gəlib. Bentley Blower modelinin yedək avtomobili qismində necə olduğu sualına, o belə cavab verib: “Yedəyin əyləcləri Bentley’də olduğundan yaxşı idi. Buna görə də hər əyləcləmə “maraqlı” olurdu. Bundan başqa, Porsche ciddi şəkildə enlidir və fransız kəndlərindən keçən zaman daima diqqətli olmaq gərəkdi. Ötmələr isə, sadəcə dəhşət idi. Üstəgəl, yolun əksər hissəsində yağış yağırdı”.

Bentley Blower 175 at qüvvəsi hasil edən 4,4-litrlik mühərriklə təchiz edilirdi. Onun başlıca xüsusiyyəti avtomobilin ön hissəsində quraşdırlan kompressordu. Blower modelinin yarış variantının mühərrikinin gücü 240 at qüvvəsinə qədər artırılmışdı.

Avtomobil 55 nüsxədən ibarət tirajla buraxılıb.