McLaren Automotive şirkəti 570GT superkarının altl eksklyuziv nüsxəsini buraxmaq niyyətindədir. Avtomobillər McLaren Special Operations bölməsi tərəfindən hazırlanacaqdır. Eksklyuziv avtomobilləri 1997-ci ildə buraxılmış McLaren F1 XP GT Longtail modelinə həsr ediblər. Bu model, yarış avtomobilini omoloqasiyadan keçirmək üçün buraxılmışdı.

Superkarlar, ümumi yollar üçün nəzərdə tutulan Longtail modelinin boyandığı yaşıl rəngə malik olacaqdırlar. Xüsusi superkarların salonu yaşıl aksentləri və tikişləri olan dəri ilə üzlənəcəkdir. Bundan başqa, avtomobilin interyerində seriyanın adı həkk edilmiş lövhəcik quraşdırılacaqdır.

Salonun rəngində haşiyələr və qapılarının üzərindəki Britaniya bayrağı olan emblemlər ilə seçilən McLaren 570GT avtomobilinə, qara rəngli aksessuarlar quraşdırılacaqdır. Qara aksessuarlar siyahısına ön splitter, yan hava girişləri, yan ətəklər, arxa bamperdəki diffuzor və arxa spoyler daxil edilibdir.

Bildiyimiz kimi, McLaren 570GT 570 at qüvvəsi və 600 Nm fırlanma anı olan 3,8-litrlik iki turboüfürməli V8 mühərriki və iki muftalı yeddi pilləli «robotla» təchiz edilir. Avtomobil 100 km/saat sürətini 3,4 saniyəyə, 200 km/saat sürətini isə 9,8 saniyəyə toplayır.  570GT modeli McLaren 570S modelindən dəyişdirilmiş arxa hissəsi ilə fərqlənir.

Avtomobil  açılan şüşə qapağa və 220 litrlik baqaj bölümünə malikdir.  

Xüsusi versiyanın qiyməti 188567 funt sterlinq təşkil edəcəkdir ki, bu da adi 570GT modelinin qiymətindən 21 min funt-sterlinq çoxdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt