Monakoda altı təkərli Brabus B63S 700 6x6 ofroderind ilə hərəkət edən ərəb ailəsinin cangüdənlərini şəhəri tərk etməyə məcbur ediblər. Avtomobil Knyazlığın dar küçələri ilə hərəkət üçün çox böyük olub. Bu barədə video Carspotter Jeroen kanalında yayılıb.

Məşhur kazinonun yanında uğursuz park etmək cəhdindən sonra, şəhər küçələrində bir neçə dövrə vuran ofroder iki Pagani Huayra superkarının müşayəti ilə Monakonu tərk edib.

Brabus B63S 700 6x6 ofroderi “bərkgedən” Mercedes-AMG G63 6x6 pikapının bazasında inşa edilib. Avtomobil 700 at qüvvəsi və 960 Nm fırlanma anı hasil edən 5,5-litrlik V8 biturbomühərriki ilə hərəkətə gəlir. 100 km/sürətini iri ofroder 7,4 saniyəyə toplayır.

Mercedes-Benz şirkəti cəmi 100 ədəd belə pikap istehsal edib.Ofroderin Brabus atelyesi tərəfindən hazırlanmış nüsxəsini nadir tapılan avtomobillərdən hesab etmək olar.