Hadı Pürmöhseni ilk dəfə deyil ki, Bavariya istehsalçısına qarşı protest aksiyasını təşkil edir. Əlbəttə, hər kəs avtomobilindən narazı ola bilər, lakin, bu ona nəqliyyat vasitəsini ictimai yerdə yandırmaq hüququnu vermir.

Beləliklə, Hadı Pürmöhseni BMW 7-Series sedanını BMW şirkətinin Münhendəki mənzil-qərargahının yaxınlığında yerləşən muzeyin məşhur nişanın yanında saxlayaraq od vurub. Purmöhseni yandırmağı planlaşdırdığı avtomobili 8000 avroya alıb. “Mən bunu zövq almaq xatirinə etməmişəm, mən bu mənim BMW şirkətinə qarşı olan etirazımdır”, - Hadi bildirib. İstənilən halda,  bu hərəkət ətrafdakılar tərəfindən müsbət qarşılanmayacaq.

Ən azından, yanğın zamanı havaya atılan toksik maddələrdən kimsə məmun olmayacaqdır. Anlaşıldığı kimi, Purmöseninin BMW ilə müəyyən problemləri vardır və bu aksiya onun təşkil etdiyi dördüncü nümayişdir. Bu saqa bir neçə il bundan öncə, daha dəqiqi desək 2008-ci ildə BMW M6 modelinin alınması ilə başlamışdır. 2013-cü ildə Hadi avtomobilini Frankfurt və Cenevrə avtosalonlarının önündə baltalamışdı.

Visbaden sakinin əsas məqsədi 2011-ci ildən məhkəmə çəkişməsi apardığı BMW şirkətinin diqqətini cəlb etməkdir.  Pürmöhsenin 2008-ci ildə 130 min avroya satın aldığı BMW M6 modelində müəyyən nasazlıqlar olub. “Ötürmələri dəyişən zaman kompyüter mexanizmin işləməkdən imtina etdiyini bildiridi”, - Hadi izahat verib.

Avtomobili yoxlayan çoxsaylı avtoservislər bunun zavod defketi olduğunu söyləsələr də, istehsalçı bunu etiraf etməyib. Hazırda Pürmösenini atmosferin qorunması haqqında qanunu pozmaqda və başqasının əmlakına ziyan vurmaqda (avtomobilin yandırıldığı səki BMW şirkətinə məxsusdur) günahlandırırlar.