Bentley şirkəti yeni rəhbərini seçib. Britaniya istehsalçısının yeni rəhbəri hazırda Jaguar Land Rover qrupunun strateji direktoru olan Ədriən Hollmark təyin ediləcəkdir. Bu barədə xəbəri Manager Magazin yayıb.

Ədriən Hollmark bu vəzifədə Volfqanq Dürhaymeri əvəzləyəcəkdir. Dürhaymer karyerasında ikinci dəfədir ki, britaniya markasını tərk edir. Yeni təyinat haqqında nə zaman elan ediləcəyi məlum deyildir. Eyni zamanda qeyd edilir ki, Dürhaymer özü istefa ərizəsi ilə müraciət edib. Bentley şirkəti ilə yanaşı, Dürhaymer eyni zamanda Bugatti şirkətinin prezidentidir. Top menecer bu vəzifəni də öz arzusu ilə tərk etmək istəyir.

Əvvəllər, fransız istehsalçısına Audi Sport bölümünün rəhbəri Stefan Vankelmannın başçılıq edəcəyi barədə məlumat yayılmışdı. 2012-ci ilin iyun ayından Dürhaymer Bentey şirkətindən Audi şirkətinə keçərək 2013-cü ilin iyun ayına qədər şirkətə başçılıq etmişdi. 2013-cü ilin yayında, o cümlədən yeni nəsil Audi A8 sedanının hazırlanması da daxil olmaqla, vəsaitlərə qənaət etmək cəhdinə görə onu vəzifədən uzaqlaşdırmışdırlar.