YouTube kanalında «Ferrari: Ölümsüzlüyə doğru yarış» (Ferrari: Race to Immortality) sənədli filminin ilk treyleri yayılıb. Bu film Scuderia Ferrari komandasının tarixindən və avtomobil idmanının ən təhlükəli illərindən bəhs edəcəkdir.

Film 1950 illərin hadisələrini əhatə edir: italyan komandasının 1950-ci ilin Monako Qran Prisində debütü, Alfonso de Portaqo, Luici Musso, Piter Kollinz və Mayk Houtornun həyatı, həmçinin onların Enzo Ferrari ilə münasibətlərini əks edilir. Xatırladaq ki, adı çəkilən pilotların hamısı Formula 1 yarışlarda baş verən qəzalarda həlak olublar. Yaradıcılarının qeyd etdiyi kimi, film məhəbbət və itkilərin, talelərini ancaq xoşbəxt halın müəyyən edən məşhur pilotların zəfər və faciəsini anladır.

«Ferrari: Ölümsüzlüyə doğru yarış» filminin premyerası 4 noyabrda keçiriləcəkdir. 6 noyabrdan isə, film DVD və rəqəmsal daşıyıcılarda təklif ediləcəkdir.

2014-cü ildə Enzo Ferrari barədə filmin çəkiləcəyi bildirilmişdi. Filmin süjet xəttini italyan şirkətinin banisi tərəfindən 1981-ci ildə yazılan avtobioqrafik «Ferrari 80» kitabı təşkil edəcəkdir. Baş rolun ifaçısının Robert de Niro olacağı da gözlənilir.