Keçən il narıncı rəngli McLaren 650S superkarını hasarın yanında dayanacağa qoyan sahibi, sonradan çəpərin yaxınlığında duran uzunqulağın avtomobilin arxa hissəsini çeynədiyinin şahidi olub.

Deyilənlərə görə, guya uzunlulaq avtomobilə 40221 dollarlıq ziyan vurubmuş. Çox güman ki, heyvan narıncı rəngli avtomobili irii kök hesab edib və onu yenək həvəsinə düşüb. İstənilən halda, avtomobilin sahibi dəymiş ziyanın ödənilməsi üçün sığorta şirkətinə müraciət etsə də, sığortaçılar dəyən ziyanın bir hissəsini ödəməyə razı olublarlar. Səbəb kimi isə, avtomobil sahibinin məsuliyyətsiz davranışı göstərilib. Yəni, çəpərə yaxın park edirsəndə, orada uzunqulağın olduğunu nəzərə almalıydın.

Bundan spnra Markus Zan uzunqulağın sahibinə yaxınlaşaraq dəyən ziyanın qalan hissəsini ödəməyi tələb edib. Əlbəttə ki, heyvanın sahibi bundan imtina edib və bildirib ki, bu Zanın öz səhvidir.

İş məhkəməyə qədər gedib çıxıb və sonunda Hissenin (Almaniya) məhkəməsi uzunqulaq sahibini 7052 dollar məbləğində ziyanı ödəməklə mükəlləf edib.