Peugeot şirkəti yeni virtual L750 R HYbrid Vision Gran Turismo superkarını nümayiş etdirib. Gran Turismo Sport yarış simulyatoru üçün hazırlanmış avtomobil L500 R HYbrid Vision Gran Turismo konseptinin ekstremal variantıdır.

Yeni superkar 2016-cı ildə nümayış etdirilmiş sələfindən iri qanadları olan aerodinamik kuzov dəsti və daha güclü qurğusu ilə fərqlənir. Peugeot L750 R HYbrid karbon monokokun və hibrid güc qurğusunun ətrafında inşa edilib. Güc qurğusunun tərkibinə 10000 dövrəyə qədər sürətlənən 588 at qüvvəli mühərrik, sekvental ötürmələr qutusu və 172 at qüvvəli elektromotor daxildir. Qurğunun ümumi gücü 760 at qüvvəsi təşkil edir.

100 km/saat həddinə virtual prototip 2,4 saniyəyə sürətlənir. Peugeot L750 R HYbrid Vision Gran Turismo modelinin çəkisi 825 kiloqramdır. Bu L500 R modelində olduğundan 175 kiloqram azdır. Yeni prototipin karbondan hazırlanmış diskləri olan iki konturlu hidravlik əyləc sistemi, dəyişən klirensli asılı olmayan ön və arxa asqı sistemi, həmçinin maqneziunmdan hazırlanan təkər diskləri ilə təchiz edildiyi ehtimal olunur.

Virtual L500 R HYbrid Vision konseptini fransız istehsalçısı 1916-cı ildə “İndianapolisin 500 mili” yarışlarında qalib gəlmiş L45 modelinə həsr ediblər. Həmin kupenin virtual variantını da 500 at qüvvəsi və 730 Nm fırlanma anı hasil edən hibrid qurğu ilə “təchiz” ediblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt