Motor1 saytının sərəncamına kupeşəkilli BMW X2 krossoverinin kamuflyajsız fotoşəkilləri daxil olub. Dərc edilən təsvirlərdən seriya avtomobilinin xarici görkəminin eyni adlı konseptlə bənzərlik daşıdığını görmək olar.

Seriya avtomobilinin və konseptin işıq texnikasının, pəncərə və dam xəttlərinin eyni olduğu açıq-aydın görünür. Yeni modelin ən maraqlı elementlərindən biri arxa dayaqda yerləşdirilmiş emblemdir. Belə elementi vaxtı ilə pərəstiş obyektinə çevrilən BMW 3.0 CS avomobilində görmək mümkün idi.  İstehsalçı X2 krosoverinin seriya variantı barədə heç bir məlumat verməyib. Bununla belə, avtomobilin əsasını BMW X1, 2-Series və MİNİ modellərinin istehsalında istifadə edilən öndən və tam çəkişli UKL platformasında yığıldığı məlumdur. Standart olaraq X2 modeli öndən çəkiş sistemi və mexaniki ötürmələr qutusu ilə təklif ediləcəkdir.

Böyük ehtimalla krossoverin top-variantı 300 at qüvvəli BMW X2 M Performance modifikasiyası olacaqdır. X2 modelinin buraxılışı Bavariya istehsalçısının Almaniyadakı zavodunda yerləşdiriləcəkdir. Yeni avtomobilin satışlarına bu ilin sonunda başlana bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt