Opel markasının aşıqləri, bir neçə ay bundan öncə, yeni nəsil İnsignia GSi modelini görəndə bir qədər məyus olmuşdular. Onlar hələ də, İnsignia GSi modelinin Opel İnsignia OPC “bərkgedən” modelinin sələfi olduğuna inanmır və yeni OPC-nin nə vaxtsa göstəriləcəyinə ümid edirlər.

Bu gün Opel şirkəti “qaynar” İnsignia modelinin fanatlarını rahatladacaq bir xəbəri yayıb. Sən demə, 260 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbomühərrik və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilən Opel İnsiqnia GSi modeli Nürburqrinqin “Şimal ilgəyini” sələfi İnsignia OPC modelindən 12 saniyə yeyin qət edib. Xatırladaq ki, sonuncu Opel İnsignia OPC modeli 325 at qüvvəsinə və 435 Nm fırlanma anına malik olan 2,8-litrlik V6 mühərriki ilə təchiz edilirdi.

Yeni İnsignia GSi modelinin sələfindən 65 at qüvvəsi və 35 Nm az gücə malik olduğunu nəzərə alan Opel mütəxəssisləri yeni “qaynar” modelin çəkisini ciddi şəkildə azaltmaq qərarına gəliblər. Onlar yeni modeldə 160 kiloqram çəkiyə qənaət etməyə müvəffəq olublar. Bundan başqa, mütəxəssislər avtomobili yeni tam ötürməli çəkiş sistemi, Brembo əyləc mexanizmləri və Michelin Pilot Sport 4S təkərləri geyindirilmiş 20-düymlük təkər diskləri ilə təchiz ediblər.

Opel şirkətinin icraçı direktoru və keçmiş pilot Folker Ştriçek yeni modeli trekdə sınaqdan keçiridikdən sonra belə söyəyib: “Nəticələr çox şeydən xəbər verir. Mən “Şimal ilgəyindəki” dövrəni yeni İnsignia GSi modelində 12 saniyə daha yeyin başa vura bilərəm – mən trekin hər düymündə hücum etmək imkanına malikəm. Yeni avtomobil  həqiqətən İnsignia OPC modelindən yeyindir və döngələrdə ona nəzarət etmək daha asandır”. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt