Toyota şirkəti Land Cruiser 200 modelinin ən bahalı modifikasiyasını təqdim edib. Kral Arturun qılıncının şərəfinə Excalibur adlandırılan yolsuzluq avtomobili Rusiya bazarı üçün nəzərdə tutulubdur.

Toyota Land Cruiser 200 Excalibur digər qardaşlarından ön və arxa bamperin tərtibatı, başqa radiator barmaqlığı, ön duman əleyhinə fənərlərin haşiyəsi, 20-düymlük təkər diskləri və xüsusi seriyanın emblemləri ilə fərqlənir. Avtomobilin interyeri maraqlı tərtibata malikdir. Avtomobilin salonu azərbaycanlıların “paxlava salon” adlandırdığı robmşəkilli tikişləri olan yüksək kefiyyətli dəlikli dəri ilə üzlənmişdir.

Xatırladaq ki, Toyota Land Cruiser 200 modeli Azərbaycan bazarında 106300 manatdan başlayan qiymətlərə satılır. Ofroder Comfort+, Status, Status+ və Special Edition təchizat səviyyələrində, 249 at qüvvəli 4.0-litrlik və 318 at qüvvəli 4,6-litrlik V8 benzin mühərrikləri, həmçinin 235 at qüvvəli 4,5-litrlik dizel mühərriki ilə təklif edilir. Bütün güc aqreqatlatı 6-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. 

Image alt Image alt Image alt Image alt