Mercedes-Benz şirkəti G-Class modelinin ən ekstremal modifikasiyalarından biri olan G500 4×4² yolsuzluq avtomobilin istehsalını dayandırmaq qərarına gəlib. Alman istehsalçısı avtomobilə olan sifarişləri oktyabr ayının sonun qədər qəbul edəcəkdir.

Mercedes-Benz G500 4×4² modeli 421 at qüvvəsi və 610 Nm fırtlanma anı hasil edən 4,0-litrlik V8 biturbomühərriki ilə təchiz edilir. Ekstremal yolsuzluq avtomobili yerindən 100 km/saat həddinə 7,4 saniyəyə sürətlənir. Avtomobil portal körpülərə, ikiqat amortizatorlara və 22-düymlük təkər disklərinə malikdir.

Mercedes-Benz G500 4×4² modelinin klirensi 450 millimetr, giriş bucağı – 52 dərəcə, çıxış bucağı isə 54 dərəcədir. Ofroder bir metrlik çay keçidini qət etmək imkanına malikdir.

Mercedes-Benz G500 4×4² modelinin bazasında Maybach subbrendinin ilk ofroderi olan Mercedes-Maybach G650 Landaulet modeli inşa edilibdir.

Dəbdəbəli yolsuzluq avtomobili 630 at qüvvəsinə və 1000 Nm fırlanma anına malik olan 6,0-litrlik V12 biturbomühərriki ilə təchiz edilir. Dəbdəbəli ofroder Mercedes-Benz G500 4×4² modelindən alınmış portal körpülərə və bütün differensialların qapanmasına sahib olub.

Mercedes-Maybach G 650 Landaulet modeli S-Class sedanından alınmış arxa oturacaqlarla təchiz edilibdir.

Ofroderin arxa oturacaqları elektrik ötürməsi və “qaynar daşlar” effekti olan massaj funksiyası ilə təchiz olunubdurlar. Arxa oturacaqların arasında klimatik qurğunun idarəetmə bloku, isitmə və soyutma funksiyası olan stəkanaltılar, həmçinin salonun ön və arxa hissələri arasında olan arakəsmənin və qatlanan tavanın idarə edilməsi düymələri yerləşdirilibdir.

Bundan başqa, arxa sərnişinlər üçün, multimedia sisteminin arakəsməyə quraşdırılmış xüsusi displeyləri də quraşdırılıbdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt