Bu gün Audi şirkəti A7 Sportback modelinin tizerini dərc edib. Eyni zamanda, istehsalçı yeni nəsil Audi A7 Sportback modelinin təqdimat tarixini açıqlayıb – 19 oktyabr. İstehsalçının Facebook sosial şəbəkəsindəki səhifəsidə dərc edilmiş tizerdə yalnız avtomobilin silueti görünür.

Yeni nəsil A7 modelinin MLB Evo modul platformasında inşa ediləcəyi ehtimal olunur. Bu platforma Audi A8 bayraqdar sedanının və Audi Q7 krossoverinin əsasını təşkil edir. Yeni nəsil A7 modelinin mühərrik çeşidinə A8 modelindən tanış olan altı silindrli benzin və dizel turbomühərrikləri daxil ediləcəkdir. Liftbekin 585 at qüvvəli W12 biturbo mühərriki ilə də təchiz ediləcəyi istisna edilmir. Çox güman ki, bu RS7 Sportback plus modeli olacaqdır.

Bir müddət bundan öncə, Audi şirkətinin aksessuarlar kataloqunda yeni avtomobilin oyuncaq variantının şəkli peyda olmuşdu.