Miqyaslı modellərin hazırlanması və buraxılışı üzrə ixtisaslaşmış Amalgam şirkəti (Böyük Britaniya) Bugatti Chiron hiperkarının güc qurğusunun 1:4 nisbətindəki surətini nümayiş etdirib. Modelin qiyməti 9365 dollar olduğu elan edilib.

Güc aqreqatının və ötürmələr qutusunun surətini yaradan zaman Amalgam şirkətinin mütəxəssisləri Bugatti mühəndisləri ilə birlikdə işləyiblər. Miqyaslı model 1040 ədəd müxtəlif parçalardan yığılıbdır. Onun qabarit uzunluğu 44 santimetr, hündürlüyü isə 22 santimetr təşkil edir. Almagam şirkıtindən miqyaslı modeldə hərəkət edən hissələrin olmadığı, onun inaşsında paslanmayan poladdan, qurğuşundan və poliuretan qətranından istifadə edildiyi bildirilib. Bugatti Chiron modelinin güc aqreqatının hazırlanmasına 2500 saat sərf edilib. Bir nüsxənin yığılmasına 220 saat tələb olunur.

Bu, 2000-ci illərin əvvəlindən Amalgam şirkəti tərəfindən buraxılan ilk miqyaslı avtomobil güc aqreqatıdır. 

Image alt Image alt Image alt