Lexus şirkəti bərkgedən IS F modelinin 10 illik yubileyini xüsusi seriya ilə qeyd etmək qərarına gəlib. Bu əlamətdar hadisənin şərəfinə yapon premium avtomobillər istehsalçısı yubiley seriyasından olan xüsusi RC F və GS F modellərini hazırlayıb.

Yubiley seriyasından olan hər iki avtomobil, onların idarəetmə xüsusiyyətlərini yaxşılaşdıran daha sərt amortizatorlar və titandan hazırlanmış səsboğucu sistem ilə təchiz edilir. Bundan başqa, avtomobillərin eksteryerində karbondan hazırlanmış xüsusi elementlərdən də istifadə edilibdir. Yubiley seriyasından olan bütün avtomobillərin kuzovu xüsusi tutqun boz rəngə boyanacaqdır. Bu qəbildən olan Lexus RC F 10th Anniversary modeli karbondan hazırlanmış kapota, ön splitterə, yan ətəklərə, arxa bamperdə quraşdırılan diffuzora sahib olub. Yubiley seriyasından olan avtomobilləri qara təkər disklərinə və göy rəngə boyanmış əyləc supportlarına görə tanımaq olar. Kupenin interyerinin tərtibatında da göy rəngli dərindən,ağ tikişlərdən, aö rəngli haşiyələrdən və mavi karbondan geniş istifadə edilibdir.

Əlbəttə ki, interyerdə avtomobilin yubiley seriyasına aid olduğunu bildirən emblemləri də yerləşdirilibdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt