Yeni nəsil Audi Q7 modelinin dizaynı təqdim edildiyi gündən mübahisələr mövzusuna çevrilmişdir. Bu günə qədər bir çoxları avtomobilin simasında aqressivlikdən əsar-əlamət olmadığından şikarətlənirlər.

Belə şəxslərə ABT Sportsline atelyesinin təklif etdiyi tüninq proqramına nəzər salmağı təklif edirik. Alman tüner Q7 krossoverinin eksteryerinə aqressivlik və cəlbedilicik gətirəcək aerodinamik kuzov dəstini hazırlayıbdır. Bu günlərdə isə, alman tüner məşhur təkər disklərinin istehsalçısı olan Vossen fırması ilə birlikdə 10 nüsxəlik tiraja malik olan xüsusi seriyanı anons ediblər.

ABT atelyesi avtomobilin enini genişlədən aerodinamik kuzov dəsti ilə təchiz edib. By dəstin tərkibinə yeni ön və arxa bamperlər, təkər tağlarının genişləndirişiləri, yan ətəklər, yenilənmiş arxa diffuzor və baqaj qapağının üzərində bərkidilən arxa spoyler daxildir.   Vossen firması isə, bu layihəyə xüsusi olaraq bu model üçün hazırladığı beş cütlənmiş qolları olan 22-düymlük Stealth Gray Vossen diskləri ilə qatılıb.

Əlbəttə ki, ABT mütəxəssisləri avtomobilin klirensini 20 millimetr azaldaraq, avtomobilin idarəetmə kefiyyətini daha da yaxşılaşdırıblar. Xüsusi boz rəngə boyanmış avtomobillər qara parlaq elementlərlə bəzədilibdir. Krossoverin interyerində də yeniliklər mövcuddur. Avtomobilin cihazlar panelində və kandarlarına “ABT Vossen 1/10” sözləri olan yazılar həkk olunubdur ki, bu da onun 10 buraxılacaq avtomobildən birincisi olduğunu göstərir. Krossoverin oturacaqları da alkantara ilə örtülmüş və ABT loqotipləri tikilmişdir.  

Image alt Image alt Image alt Image alt