Keçən həftə internet şəbəkəsində maraqlı bir fotoşəkil peyda olub. Bu Skoda şirkəti tərəfindən Çində keçirilən bağlı təqdimat mərasimində çəkilmiş şəkildir. Şəkildə Çin bazarı üçün nəzərdə tutulan perspektiv modellərin siyahısı əks etdiribdir.

Bu modellərin arasında SUV Coupe kimi qeyd edilən kupeşəkilli krossoverin də təsviri mövcuddur. Üstəlik, bu modelin adı da açıqlanıbdır – Kodiaq GT. Bu avtomobil Skoda markası ətrafında yaradılan şablonu sındırmağa qadirdir. Məlumdur ki, çex avtomobilləri istismar xarakteristikları cəhətdən ən əlverişli avtomobillər sayılır. Kodiaq GT isə, adi Skoda Kodiaq krossoverinə nisbətən daha kiçik ölçülərə və dar salona malik olacaqdır. Bu, heç də yeni modelin BMW X6 modelinə bənzər kuzova sahib olacağından xəbər vermir.

Lakin, alçaq tavanın və böyük mailliyə malik olan arxa kuzov dayaqlarının olacağı şübhəsizdir. Texniki cəhətdən Kodiaq GT adi modellə eyni olacağını da qeyd etmək gərəkdir. Kodiaq GT modelindən başqa, siyahıda Mainstream SUV şərti adını daşıyan avtomobilin olduğunu da görmək olar. Çox güman ki, bu model Karoq modelindən bir pillə aşağıda duracaq və VW T-Roc modelinin ən yaxın qohumu olacaqdır. Skoda Polar adlandırılması ehtimal edilən avtomobilin MQB modul platformasında inşa ediləcəyi gözlənilir.