Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Konnektikut ştatında yerləşən Miller Motorcars firması maraqlı bir superkarı satışa çıxarıb.

Xüsusi sifarişlə hazırlanmış Pagani Huayra superkarı ABŞ-da satılan 57-ci avtomobil olub. Üç il bundan öncə müştəriyə təhvil verilməsinə baxmayaraq superkarın odometrində cəmi 636 mil yürüş vardır. İtalyan superkarı karbondan hazırlanmış kuzova malikdir.

Avtomobilin rənglənməsində iki rəngli sxem seçilmişdir.

Laklanmış karbonla birlikdə qırmızı rəngə boyanan kuzov elementləri avtomobili daha cəlbedici və təkrar olunmaz edir. Nadir superkar Pagani şirkəti Huayra modeli üçün nəzərdə tutduğu «Pacchetto Tempesta» adlı idman dəsti ilə təchiz edilib. Bu dəstin qiyməti 160 min avro təşkil edir ki, bu məbləğə Pagani şirkətinin vətəni olan İtaliyada Porsche 911 Carrera 4S sportkarını əldə etmək mümkündür.

Yen dəstin tərkibinə qabaq splitter və arxa diffuzor da daxil olmaqla, karbondan hazırlanmış kuzov elementləri daxil edilib. Bundan əlavə, superkar aviasiyada istifadə edilən alüminiumdan hazırlanmış 20 (öndə) və 21 (arxada) düymlük təkər diskləri əldə edilib. Pacchetto Tempesta dəsti quaraşdırılmış superkar xüsusi olaraq bu superkar üçün hazırlanmış Ohlins amortizatorları ilə təchiz edilir.

Quraşdırılan digər bir elemet isə, titandan hazırlanmış səsboğucu sistemdir ki, bu sistemin də çəkisi yeddi kiloqrama bərabərdir. Bu adi Pagani Huayra modelinə olduğundan üç kiloqram azdır. Pagani Huayra superkarı 730 at qüvvəsi olan 6,0-litrlik V12 mühərriki və yeddi pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə birlikdə çalışır. Bu tandem avtomobili 100 km/saat həddinə 3,2 saniyəyə sürətləndirir. Onun maksimal sürəti isə 370 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt